di, tez ol

but there, there / come on / well, well / now then / how about that? а ну-ка (употребляется как побуждение к действию)
dırnaqlarının lehməsi axır
dibi sudadır
OBASTAN VİKİ
Di
Şanyü Di (v. 63) — Cənub Hun İmperiyasının imperatorudur. Şimal Hunları ilə müharibələr aparmışdı.
Əjdər Ol
Əjdər Ol (tam adı: Cəbiyev Əjdər Feyzulla oğlu) — azərbaycanlı şair, publisist, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əjdər Ol — Cəbiyev Əjdər Feyzulla oğlu 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Orta məktəbi Hacıqabulda bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975—1979). 1994—1999-cu illərdə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor (1986—1988), Yazıçıların yaradıcılıq evində direktor müavini (1988—1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990—1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002—2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004—2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəridir. 8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edir.
Tez gəl (mahnı)
İlhami Bəkir Tez
İlhami Bəkir Tez(1905–1984)—Türkiyə şairi. Əruzu yaxşı bilirdi. İlk şeirlərində heca vəznini işlətsə də, sonrakı şeirlərini sərbəst vəznlə yazır. Şeirində ahəng ünsürü açıqdır. Bu dönəmdəki şeirlərini "Həyat bilgisinə görə uşaq şeirləri" (1927), "Mavi kitab" və "24 saat" (Nazim Hikmətlə birlikdə hazırlamışdır və bir fəhlənin iş günündən bəhs edir), "Birinci forma A" (1930), "Hər hansı bir şeir kitabıdır" (1931), "Mustafa Kamal" (1933-cü ildə, cümhuriyyətin onuncu ilində yazdığı bir dastandır. Bu kitabında Atatürkün həyatına, qurtuluş savaşına və istiqlal fikrinə yer verir), "Olduğu kimi" (1935) adları altında toplayır. Sosialist şeiri Mayakovskidən öyrənir. Eşqə, fərdi mövzulara yer verir. Şeirlərində savaş və savaşın nəticəsi olan aclığı, mədən fəhlələrini işləyir. Sosial mövzulara marksist nöqteyi-nəzərdən yanaşır.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir. Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. D'Qar — Vukipediya saytında.
Di (rayon)
Di (fr. Die) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Di. Rayon əhalisi 2006-cı ildə 40 470 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon ərazisi — 2287 km².
Di Kaffari
Denis "Di" Kaffari (ing. Dee Caffari) (1973-cü il təvəllüdlü)-Malta əsilli Britaniyalı qadın yaxtaçı və 2006-cı ildə ilk qadın-yaxtaçı olmuşdur ki köməksiz və durmadan qərbə doğru nəhəng küləklərə qarşı yelkən gəmiylə səfər etmiş və buna görə Britaniya imperiyası ordeninə(MBE)layiq görülmüşdü. İkinci dəfə isə şərqə doğru istiqamət alan Kaffari, hər iki istiqamətdə köməksiz və durmadan dünyanı dövr etmiş ilk qadın-yaxtaçı olmuşdu.
Ver.di
Ver.di (alm. Vereinte Dienstleistungsgewerkschaft‎ — azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Berlində yerləşir. 2001-ci ildə yaradılmışdır. Təşkilat əsasən xidmət sahəsində çalışan işçilər sıralarında cəmləşdirir və 2.180.000 üzvü var. Hazırda təşkilata Frank Bsirske rəhbərlik edir. Berndt Keller: Multibranchengewerkschaft als Erfolgsmodell? Zusammenschlüsse als organisatorisches Novum — das Beispiel Verdi. VSA-Verlag, Hamburg 2004.
Həbl-ol-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Ol-e-Renod
Ol-e-Renod (fr. Ols-et-Rinhodes, oks. Òls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnö kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12175. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfərin (15–64 yaş arasında) 65-i iqtisadi cəhətdən fəal, 13-ü fəaliyyətsizdir (fəaliyyət göstərici — 83,3%, 1999-cu ildə 66,3%).
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Adam ol! 3
Adam ol! 3 — film rejissor Vaqif Şərifov tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Naibə Allahverdiyeva, Gülnar Salmanova, Yaşar Nuri, Arif Quliyev, Səyavuş Aslan və Firəngiz Mütəllimova ifa edirlər. Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir.
Tez (Yuxarı Provans Alpları)
Tez (fr. Thèze, oks. Tesa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04216. 2008-ci ildə əhalinin sayı 205 nəfər təşkil edirdi. 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77,6%, 1999-cu ildə bu 67,5%). Aktiv olan 97 nəfərdən (47 kişi və 38 qadın) 12 nəfər işsiz (4 kişi və 8 qadın) işlədi.
Cudit O'Di
Cudit O'Di (ing. Judith O'Dea; 20 aprel 1945) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu "Yaşayan ölülərin gecəsi" filmində Barbara roludur. Cudit O'Di şifahi kommunikasiyalar tədrisi ilə məşğul olan "O'Dea Communications" firmasının sahibəsidir. 1968: Yaşayan ölülərin gecəsi Cudit O'Di — IMDb səhifəsi. O'Dea Communications.
David di Donatello
Devid di Donatello (it. David di Donatello) — İtaliyanın rəsmi film mükafatıdır. Bu mükafat 1955-ci ildən etibarən "İtalyan Kino Akademiyası" (it. L'accademia del Cinema Italiano) tərəfindən müxtəlif kateqoriyalar üzrə filmlərə hər il təqdim ediləm film mükafatıdır. İldən-ilə bu mükafatın kateqoriyaları dəyişilmişdir. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı 1386–1466-cı illərdə yaşamış Florensiyanın tanınmış rəssamı Donatellonun (it. Donato di Niccolò di Betto Bardi) 1440-cı ildə hazırladığı "David heykəli" ifadəsindən götürülmüşdür. "David di Donatello" ifadəsi isə "Donatellonun Davidi" mənasını ifa edir. Əsası 1955-ci ildə yaradılmış və bu ildən başlayaraq 3 kateqoriya üzrə təqdim edilməyə başlanılmışdır.
Devid di Donatello
Devid di Donatello (it. David di Donatello) — İtaliyanın rəsmi film mükafatıdır. Bu mükafat 1955-ci ildən etibarən "İtalyan Kino Akademiyası" (it. L'accademia del Cinema Italiano) tərəfindən müxtəlif kateqoriyalar üzrə filmlərə hər il təqdim ediləm film mükafatıdır. İldən-ilə bu mükafatın kateqoriyaları dəyişilmişdir. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı 1386–1466-cı illərdə yaşamış Florensiyanın tanınmış rəssamı Donatellonun (it. Donato di Niccolò di Betto Bardi) 1440-cı ildə hazırladığı "David heykəli" ifadəsindən götürülmüşdür. "David di Donatello" ifadəsi isə "Donatellonun Davidi" mənasını ifa edir. Əsası 1955-ci ildə yaradılmış və bu ildən başlayaraq 3 kateqoriya üzrə təqdim edilməyə başlanılmışdır.
Di Georq sindromu
Di Georq sindromu — 22q11.2 silinmə sindromu olaraq da bilinir, xromosomun 22 kiçik bir hissəsinin silinməsindən qaynaqlanan bir sindromdur. Semptomlar dəyişsə də, bunlara tez-tez anadangəlmə ürək problemləri, spesifik üz xüsusiyyətləri, tez-tez infeksiyalar, gecikmə inkişaf, öyrənmə problemləri və damaq yarığı. Komorbiditelere böyrək problemləri, eşitmə itkisi və romatoid artrit və ya Qraves xəstəliyi kimi otoimmün xəstəliklər daxildir. Di Georq sindromu ümumiyyətlə 22q11.2 kimi tanınan bir yerdə 22-ci xromosomun ortasında 30-40 genin silinməsi səbəbindən meydana gəlir. Vəziyyətlərin təxminən 90% -i inkişafın ilkin mərhələsində yeni bir mutasiya səbəbindən yaranır və 10% -i valideynlərindən miras qalır . Bu otozomal dominant bir xəstəlikdir, yəni bu vəziyyətin meydana gəlməsi üçün yalnız bir təsirlənmiş xromosoma ehtiyac var. Diaqnoz simptomlara əsaslanır və genetik testlə təsdiqlənir. Müalicəsi olmasa da, müalicə simptomları yaxşılaşdırır . Bu, çox vaxt potensial bir çox orqan sisteminin işini yaxşılaşdırmaq səyləri ilə fənlərarası bir yanaşmanı əhatə edir. Uzunmüddətli nəticələr mövcud simptomlardan və ürək və immunitet problemlərinin şiddətindən asılıdır.
Di Stefano mükafatı
Di Stefano mükafatı (isp. Trofeo Di Stéfano) — İspaniya idman qəzeti Marka tərəfindən La Liqada ilin futbolçusunu müəyyənləşdirmək üçün verilən mükafat. Mükafat əfsanəvi oyunçu Alfredo Di Stefanonun adını daşıyır. İlk mükafat 2007/2008 mövsümündə verilmişdir. 1. Trofeo Di Stéfano Marca.com 2. Trofeo Di Stéfano Marca.com 3. Trofeo Di Stéfano Marca.com 4. Trofeo Di Stéfano Marca.com 5.
Fernandu-di-Noronya
Fernandu-di-Noronya (port. Fernando de Noronha) — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq 21 adadan ibarətdir. İnzibati cəhətdən Pernambuku ştatı ərazisinə daxildir. Arxipelaqın sahəsi 26 km² təşkil edir, bunun 17 km² sahə əsas adanın ərazisini təşkil edir. Ən hündür nöqtəsi 756 metrdir. İqlimi tropikdir: yanvardan avqusta qədər yağış mönsümüdür. Avqustdan yanvara qədər isə quraq iqlim hakimdir. Ada ot, yabanı üzüm, kol və Atlantik meşəsi ilə örtülmüşdür. Heyvanlar aləmi tısbağa, delfin və dəniz quşlarından ibarətdir.
Kasaletto di Sopra
Kasaletto di Sopra (Cremasco: Casalèt da Sura) — İtaliyanın Lombardiya bölgəsindəki Kremona əyalətində yerləşən kommuna. Milan şəhərindən 50 km şərqdə, Kremonadan isə 35 km şimal-qərbdə yerləşir.
Kastellammare di Stabiya
Kastellammare di Stabiya (it. Castellammare di Stabia) — İtaliyanın Kampaniya regionunda şəhər.
Kastelnuovo di Qarfanyana
Kastelnuevo di Qarfanyana (it. Castenuevo di Garfagnana) — İtaliyanın Toskana regionunda şəhər.
Kastilyone di Qarfanyana
Kastilyone di Qarfanyana (it. Castiglione di Garfagnana) — İtaliyanın Toskana regionunda şəhər.
Kazalnuovo di Napoli
Kazalnuovo di Napoli (it. Casalnuovo di Napoli) — İtaliyanın Kampaniya regionunda şəhər.
Leonardo Di Kaprio
Leonardo DiKaprio (11 noyabr 1974[…], Los-Anceles, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. Karyerasının başlanğıcından 2019-cu ilədək çəkildiyi filmlər 7.2 milyard dollar gəlir gətirib və o, dünyanın ən çox qazanan aktyorlarının illik reytinqinə 8 dəfə başçılıq edib. O, bir "Oskar", üç "Qızıl Qlobus" və bir çox mükafatlara layiq görülüb. Los-Ancelesdə anadan olan DiKaprio karyerasına 1980-ci illərin sonlarında televiziya reklamlarında görünməklə başlayıb. 1990-cı illərin əvvəllərində komediya janrında olan "Parenthood" kimi müxtəlif televiziya seriallarında təkrarlanan rollarda oynayıb. İlk böyük film işi və baş rolu "Bu oğlanın həyatı" filmi ilə olub. 1997-ci ildə "Titanik" filmi ilə beynalxalq şöhrət qazanıb. Leonardo Vilhelm DiKaprio 11 noyabr 1974-cü ildə Kaliforniyanın Los-Anceles şəhərində doğulub. O, İrmelin Indenbirken və Corc Di Kaprionun yeganə övladıdır. Onun anası İrmelin hüquq katibi, atası Corc isə komiks rəssamı və distribütoru olub.